Bakı. Trend:
ABŞ-nin Pitsburq şəhəri yaxınlığında avtobusun iştirak ilə yol qəzası nəticəsində gənclərdən ibarət Amerika futbol komandasının ən azı 21 futbolçusu xəsarət alıb.
Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər verib.
Məlumata əsasən, avtobusda 28 nəfər olub. Qəza yolun çətin hissəsində baş verib. Polis hadisənin səbəblərini müəyyən etmək üçün araşdırmalara başlayıb.