Bakı. Trend:
Çinin Sincan-Uyğur Muxtar rayonunda 4,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi bildirir ki, zəlzələ bazar günü yerli vaxtla saat 01:06-da Aksu şəhərindən 146 km, Tumşuk şəhərindən isə 142 km məsafədə baş verib.
Zəlzələnin ocağı 7,2 km dərinlikdə yerləşib.
Hazırda dağıntı və tələfat barədə məlumat daxil olmayıb.