...

Zohran Mamdani Nyu-York meri seçkilərində ianə toplama yarışına liderlik edir

Dünya xəbərləri Materials 24 Avqust 2025 08:10 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Demokratlar Partiyasından Nyu-York meri vəzifəsinə namizəd olan Zohran Mamdani seçki kampaniyası çərçivəsində ən çox ianə toplayan namizəd olub.

Trend xəbər verir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb.

12 iyul – 18 avqust tarixləri arasında Mamdani 1 milyon dollardan çox vəsait əldə edib. Müstəqil namizəd Endryu Kuomo 541 min dollar, hazırkı mer Erik Adams isə 425 min dollar toplaya bilib.

Avqustun əvvəlində keçirilən sorğular da Mamdaninin beş namizəd arasında ikirəqəmli fərqlə öndə olduğunu göstərib.

Xəbər lenti

Xəbər lenti