Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Merilend ştatının qubernatoru Ues Murdan cinayətlə mübarizə üçün ştata qoşun göndərməyi xahiş edib.
Trend xəbər verir ki, bu barədə Tramp öz "Truth Social" səhifəsində məlumat verib.
“Əgər Ues Mur Los-Ancelesdə Qevin Nyusom kimi köməyə ehtiyac duyarsa, mən qonşu Vaşinqtonda etdiyim kimi ‘qoşunlar’ göndərəcəyəm və cinayətdən tez bir zamanda xilas olacağam”, – deyə Tramp bildirib.
O qeyd edib ki, Merilend ştatının Baltimor şəhəri ölkədə qətllərin sayına görə dördüncü yerdədir.
Bundan əvvəl “The Washington Post” xəbər vermişdi ki, ABŞ Müdafiə Nazirliyi şəhərdə asayişi qorumaq üçün Çikaqoya (İllinoys ştatı) bir neçə min əsgər göndərməyi planlaşdırır. Qəzet yazır ki, bu model gələcəkdə ölkənin digər iri şəhərlərində də tətbiq oluna bilər.