Bakı. Trend:
Liviya paytaxtı Tripolinin qərbində baş verən silahlı toqquşmalar nəticəsində azı 12 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.
Trend-in məlumatına görə, bu barədə “Al Hadath” telekanalı xəbər yayıb.
Məlumata əsasən, toqquşmalar Tripolinin kənarında, Liviya Milli Razılıq Hökumətinə sadiq olan 55-ci briqadanın komandiri Muammar əd-Daviyə qarşı sui-qəsd cəhdindən sonra başlayıb.
Bildirilib ki, hadisə zamanı Muammar əd-Davi xəsarət almayıb.