...

Flynas təyyarəsi Türkiyədə məcburi eniş edib

Dünya xəbərləri Materials 25 Avqust 2025 04:58 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanının Flynas aviaşirkətinə məxsus təyyarə Türkiyənin Trabzon şəhərinin hava limanına məcburi eniş edib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Məlumata görə, 169 sərnişin və 8 ekipaj üzvü olan Airbus 320 təyyarəsi Trabzondan Ciddəyə uçurmuş. Lakin havaya qalxdıqdan səkkiz dəqiqə sonra, saat 22:49-da mühərrikdəki nasazlıq səbəbindən təyyarədə fövqəladə vəziyyət yaranıb. Saat 23:18-də Airbus 320 təhlükəsiz şəkildə Trabzona eniş edib.

Xəbər lenti

Xəbər lenti