Bakı. Trend:
Çinin Haynan kurort adasının səlahiyyətliləri "Kadziki" tropik fırtınasının cənub sahillərinə yaxınlaşması ilə əlaqədar 20 min insanı təxliyə edib.
Trend-in məlumatına görə, bu barədə "Xinhua" agentliyi xəbər verib.
Məlumata əsasən, adadakı müəssisələr bağlanıb, ictimai nəqliyyatın hərəkəti dayandırılıb. 30 mindən çox balıqçı gəmisi limana qayıdıb, 2,8 mindən çox xilasedici təcili yardım göstərməyə hazırdır.
Bu gün səhər saatlarına küləyin sürəti 38 m/s-ə çatıb. Siklon Sanyadan təxminən 210 km cənub-şərqdə yerləşib. Sinoptiklər fırtınanın bazar günü günorta və ya axşam Haynana çatacağını proqnozlaşdırırlar.