...

Xocavənddə yanğına səbəb olan şəxs məsuliyyətə cəlb olunub

Gündəm Materials 24 Avqust 2025 18:46 (UTC +04:00)
Xocavənddə yanğına səbəb olan şəxs məsuliyyətə cəlb olunub

Bakı. Trend:

Avqust ayının 24-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, araşdırmalarla yanğını 23 yaşlı Araz Nəcəfovun törətdiyi məlum olub. Hadisə nəticəsində 70 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

A.Nəcəfov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti