...

II turun oyunları başa çatıb - Misli Premyer Liqası (ƏLAVƏ OLUNUB)

İdman Materials 24 Avqust 2025 21:50 (UTC +04:00)
II turun oyunları başa çatıb - Misli Premyer Liqası (ƏLAVƏ OLUNUB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Misli Premyer Liqasının II turu çərçivəsində bu gün daha iki qarşılaşma keçirilib.

Trend-in məlumatına görə, günün ilk matçı Şamaxıda oynanılıb. Yerli komanda “Şamaxı” doğma meydanda “Sabah”a 1:2 hesabı ilə məğlub olub. Qeyd edək ki, ilk turda “Qarabağ”la görüşü təxirə salındığından, bu, “Sabah”ın mövsümdəki ilk oyunu olub. “Şamaxı” isə start turunda “Neftçi” ilə səfərdən 1 xalla dönmüşdü (1:1).

Günün ikinci qarşılaşmasında “Turan Tovuz” nominal ev sahibi qismində “Araz-Naxçıvan”la üz-üzə gəlib. Görüşdə Naxçıvan təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. İlk turda “Turan Tovuz” səfərdə “İmişli” üzərində qələbə qazanmışdı (1:0). “Araz-Naxçıvan” isə “Zirə” ilə bərabərə qalmışdı (1:1).

XXX

19:46

Futbol üzrə Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

Trend-in məlumatına görə, ilk turda "Qarabağ"la oyunu təxirə salınan "Sabah" səfərdə "Şamaxı"nın qonağı olub. Görüş Bakı klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qonaqların heyətində hər iki qolu Coy Lens Mikels vurub. Meydan sahiblərinin heyətində isə Dioqu Balau fərqlənib.

Günün digər matçında "Turan Tovuz" evdə "Araz-Naxçıvan"ı qəbul edəcək. Görüş saat 19:30-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti