...

İsrail Sənadakı enerji obyektlərinə hücum edib

Dünya xəbərləri Materials 24 Avqust 2025 18:34 (UTC +04:00)

Bakı. Trend:

İsrail ordusu Yəmənin paytaxtı Sənada "Ənsar Allah" üsyançı hərəkatından olan husilərin nəzarətində olan enerji obyektlərinə silsilə zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə "Al Masirah" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, İsrail "Yemen Petroleum Company" (YPC) neft şirkətinin yanacaqdoldurma məntəqəsinə və "Xəziz" elektrik stansiyasına hücum edib.

Zərərçəkənlər barədə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti