Bakı. Trend:
Ukrayna humanitar və digər dəstəyə görə dost Azərbaycana çox minnətdardır.
Trend xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
O, Ukrayna və Azərbaycanın hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.
"Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın Müstəqillik Günü münasibətilə təbrikini, Ukraynaya və ukraynalılara hörmətini yüksək qiymətləndirirəm. Möhtərəm Prezident, Ukrayna və Azərbaycan hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyiblər. Humanitar və digər dəstəyə görə dost Azərbaycana çox minnətdarıq. Biz xalqlarımızın mənafeyi naminə strateji tərəfdaşlığımızı inkişaf etdirəcəyimizə ümid edirik", - deyə o bildirib.