Bakı. Trend:
Kanada Ukraynaya silah tədarükü üçün 2 milyard Kanada dolları (təxminən 1,45 milyard ABŞ dolları) ayıracaq.
Trend-in məlumatına görə, bu barədə Kanada baş naziri Mark Karninin mətbuat xidməti bildirib.
Məlumata əsasən, söhbət bu ilin iyununda keçirilən Yeddilik Qrupunun (G7) sammitindən sonra elan ediləm yardım paketindən gedir.
Ölkə hökuməti onu aşağıdakı şəkildə bölüşdürməyi planlaşdırır: 835 milyon Kanada dolları (təxminən 603,6 milyon ABŞ dolları) zirehli texnika, tibbi avadanlıq, ehtiyat hissələri, atıcı silahlar, döyüş sursatı və partlayıcı maddələr, həmçinin pilotsuz təyyarələrin alınmasına yönəldiləcək. Daha 680 milyon Kanada dolları (491,52 milyon ABŞ dolları) NATO-nun Ukraynanın prioritet ehtiyacları siyahısına uyğun olaraq Amerika silahlarının çatdırılmasına xərclənəcək.