...

ABŞ Ukraynaya qoşun göndərməyəcək - Cey Di Vens

Dünya xəbərləri Materials 24 Avqust 2025 20:42 (UTC +04:00)
ABŞ Ukraynaya qoşun göndərməyəcək - Cey Di Vens

Bakı. Trend:

ABŞ administrasiyası Ukrayna ərazisində münaqişə başa çatdıqdan sonra öz qoşunlarını bu əraziyə yerləşdirməyəcək.

Trend-in məlumatına görə, bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens "CBC" telekanalına müsahibəsində bildirib.

"Prezident Tramp bunu açıq şəkildə izah edib: Biz Ukraynaya qoşun göndərməyəcəyik. Lakin biz ukraynalıların hərbi əməliyyatların dayandırılmasına razılıq verməyə imkan verəcək təhlükəsizlik zəmanətlərini almasını təmin etmək üçün çox çalışmaqda davam edəcəyik", - deyə o qeyd edib.

Bundan əlavə, Vens bu şərtlərin Rusiya Federasiyası üçün də məqbul olmasının vacibliyini qeyd etdi.

Xəbər lenti

Xəbər lenti