Bakı. Trend:
Drezdendə tramvayda baş verən bıçaqlı hücum nəticəsində 21 yaşlı ABŞ vətəndaşı ağır xəsarət alıb.
Trend “Bild” qəzetinə istinadən xəbər verir ki, iki nəfər tramvayda qadın sərnişinləri təhqir edərkən, onlara etiraz edən ABŞ vətəndaşı ilə qarşıdurma yaşanıb. Mübahisə zamanı həmin şəxslər gəncə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıblar. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı 21 yaşlı Suriya vətəndaşı şübhəli şəxs qismində saxlanılıb, digər şübhəlinin axtarışları isə davam edir.
Qeyd edək ki, ABŞ mediası da bu insidentlə bağlı geniş məlumat yayıb.