Bakı. Trend:
Rusiya və Ukrayna “146-ya 146” qaydasına əsasən hərbi mübadilə aparıblar.
Trend-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər verib.
Bildirilib ki, Rusiya hərbçiləri hazırda Belarusdadır və Rusiyaya təhvil veriləcək. Onların mübadiləsində BƏƏ vasitəçi kimi çıxış edib.
Nazirlik əlavə edib ki, Kursk vilayətinin sakinləri olan Rusiya Federasiyasının 8 vətəndaşı da geri qaytarılıb və evlərinə çatdırılacaq.