...

Rusiya Gürcüstandan kartof idxalını dayandırıb

Turizm Materials 24 Avqust 2025 23:22 (UTC +04:00)
Rusiya Gürcüstandan kartof idxalını dayandırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya 9 ay fasiləsiz idxaldan sonra iyul ayından etibarən Gürcüstandan kartof alışını dayandırıb.

Trend-in Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya ötən ilin oktyabrından Gürcüstandan müntəzəm olaraq kartof idxal edib.

İdxal həcmi bu ilin aprel ayında pik nöqtəyə çatsa da, sonrakı aylarda tədricən azalmağa başlayıb. İyul ayında isə Gürcüstanın müvafiq qurumu Rusiyaya kartof ixracı barədə heç bir məlumat təqdim etməyib.

Mütəxəssislər hesab edirlər ki, bu dəyişiklik Rusiyada cari ildə daha yaxşı kartof məhsulu gözləntiləri ilə bağlı ola bilər. Bildirilir ki, 2025-ci ilin müvafiq dövründə Rusiyada kartof yığımının həcmi ötən illə müqayisədə 36 faiz artaraq 240 min tona çatıb.

Xəbər lenti

Xəbər lenti