Bakı. Trend:
“Santos”un hücumçusu Neymar zədə səbəbindən Braziliya millisinin qarşıdakı oyunlarında iştirak etməyə bilər.
Trend-in məlumatına görə, bu barədə “O Globo” nəşri xəbər yayıb.
Bildirilir ki, futbolçu cümə axşamı məşq zamanı zədələnib və daha sonra yalnız idman zalında fərdi məşqlərlə kifayətlənib. Artıq “Santos” rəhbərliyi oyunçunun durumuna dair Braziliya millisinin həkim heyətini məlumatlandırıb.
Xatırladaq ki, Neymar 2023-cü ilin oktyabrından etibarən milli komandada çıxış etmir. Braziliya yığması dünya çempionatının seçmə mərhələsində sentyabrın 5-də Çili, 10-da isə Boliviya ilə üz-üzə gələcək.