...

Böyük Britaniya kütləvi tələfat zamanı cəsədlərin saxlanması üçün avadanlıq alır

Dünya xəbərləri Materials 25 Avqust 2025 03:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın Daxili İşlər Nazirliyi kütləvi tələfat hallarında cəsədlərin saxlanması üçün avadanlıqların alınması məqsədilə 7,5 milyon funt sterlinq dəyərində müqavilə imzalayıb.

Trend xəbər verir ki, bu barədə Norveçin “Steigan” nəşrinin köşə yazarı Cim Ferqyuson məlumat yayıb.

Müqavilə çərçivəsində 700-ə qədər cəsədin yerləşə biləcəyi çadırlar, səyyar morqlar və soyuducu anbarlar tədarük olunacaq.

Müqaviləyə əsasən, sistem böhran vəziyyətində bir neçə gün ərzində istifadəyə verilməlidir. Ferqyuson qeyd edib ki, hakimiyyət çoxlu sayda qurbanların olacağı mümkün hallara hazırlaşır, lakin hazırlığın səbəbləri barədə ictimaiyyəti məlumatlandırmır.

Xəbər lenti

Xəbər lenti