Bakı. Trend:
Saatlı rayonunun Soltanabad kəndində “VAZ” markalı iki minik avtomobili toqquşub.
Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qəza nəticəsində hər iki avtomobil yanıb.
Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə yerinə cəlb olunan yanğından mühafizə bölmələri alovu söndürüb.