Bakı. Trend:
Vyetnam hakimiyyəti güclü “Kajiki” tayfununun yaxınlaşması ilə əlaqədar fövqəladə vəziyyət elan edib və 586 mindən çox sakinin təxliyəsinə başlayıb.
Trend-in BBC-yə istinadən verdiyi məlumata görə, təhlükə altında olan bölgələrə Thanhoa, Quanqçi, Hue və Dananq əyalətləri daxildir. Yerli hakimiyyət orqanları sakinlərə dərhal evlərini tərk etmək göstərişi verib.
“Biz ‘Kajiki’nin bazar ertəsi səhər tezdən quruya çıxacağını gözləyirik və zərəri minimuma endirmək, insanların həyatını xilas etmək üçün bütün mümkün tədbirləri görürük”, – deyə fövqəladə hallar xidməti bildirib.
Bundan əlavə, bir sıra bölgələrdə hava nəqliyyatı dayandırılıb, gəmilərə isə yeni xəbərdarlığa qədər dənizə çıxmamaq əmri verilib.