...

ABŞ səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırılıb

Dünya xəbərləri Materials 25 Avqust 2025 06:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ səfiri Çarlz Kuşner antisemitizmə qarşı effektiv mübarizə aparmayan Fransa hakimiyyətini tənqid etdikdən sonra bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Trend xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin yayılan kommünikesində bildirilib.

Nazirlik ABŞ səfiri Çarlz Kuşnerin ittihamlarını qətiyyətlə rədd edərək, açıqlamalarını qəbuledilməz adlandırıb. Lakin real vəziyyəti gizlətmək mümkün olmayıb:

“2023-cü il oktyabrın 7-dən etibarən Fransada antisemitizm aktlarının artması təəssüfləndiyimiz bir reallıqdır. Fransa hakimiyyəti total səfərbərlik nümayiş etdirir, çünki bu hərəkətlər qəbuledilməzdir”, – deyə nazirlik bildirib.

Xəbər lenti

Xəbər lenti