...

“Qarabağ”ın Macarıstan klubu ilə cavab oyununun hakimləri açıqlandı

İdman Materials 25 Avqust 2025 13:08 (UTC +04:00)
“Qarabağ”ın Macarıstan klubu ilə cavab oyununun hakimləri açıqlandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununun hakimləri müəyyənləşib.

Trend UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakıda Macarıstanın “Ferensvaroş” klubu ilə keçiriləcək görüşə Fransadan olan ədalət təmsilçiləri təyinat alıblar.

Qarşılaşmanı Kleman Türpen idarə edəcək. Baş hakimin köməkçiləri Nikolya Danos və Aleksis Orjie olacaqlar. Dördüncü hakim funksiyasını Romen Lissorq yerinə yetirəcək.

VAR hakimi Jerom Brizar, onun köməkçisi isə Nikolya Renvil olacaq.

Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - “Ferensvaroş” oyunu saat 20:45-də start götürəcək. İlk matçda Ağdam təmsilçisi rəqibinə 3:1 hesabı ilə qalib gəlib.

Xəbər lenti

Xəbər lenti