...

155 nəfərə elmi dərəcə verilməsindən imtina edilib

Cəmiyyət Materials 25 Avqust 2025 11:09 (UTC +04:00)
155 nəfərə elmi dərəcə verilməsindən imtina edilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin I yarısında elmi dərəcələrin verilməsi və ya verilməsindən imtina edilməsi ilə bağlı statistika açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.

Bildirilib ki, bu dövrdə ümumilikdə 285 nəfərə fəlsəfə doktoru, 51 nəfərə isə elmlər doktoru elmi dərəcəsi verilib.

Eyni zamanda, 141 nəfərin fəlsəfə doktoru, 14 nəfərin isə elmlər doktoru elmi dərəcəsi almaqla bağlı müraciəti müsbət qiymətləndirilməyib.

Ən çox fəlsəfə doktoru dərəcəsi alan sahələr sırasında filologiya elmləri (52 nəfər), iqtisad elmləri (46 nəfər), tibb elmləri (32 nəfər) və texnika elmləri (27 nəfər) yer alıb. Elmlər doktoru üzrə isə filologiya elmləri (8 nəfər), tibb elmləri (7 nəfər) və texnika elmləri (7 nəfər) üstünlük təşkil edib.

Beləliklə, 2025-ci ilin ilk yarısında ümumilikdə 336 nəfərə elmi dərəcə verilib, 155 nəfərin isə müraciəti qəbul edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti