...

Birinci yarımildə Azərbaycanda tikilən evlərin sayı açıqlanıb

İqtisadiyyat Materials 25 Avqust 2025 14:34 (UTC +04:00)
Birinci yarımildə Azərbaycanda tikilən evlərin sayı açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda ümumi sahəsi 1,830 min kvadrat metr olan 12 955 ədəd yaşayış evi tikilərək istifadəyə verilib.

Trend-in Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə tikilən evlərin sayı 7 751 ədəd və ya 2,5 dəfə artıb.

Belə ki, 2024-cü ilin ilk 6 ayında ölkədə ümumi sahəsi 702 910 kvadrat metr olan 5 204 ədəd yaşayış evi tikilib istifadəyə verilmişdi.

Cari ilin ilk 6 ayı ərzində mənzillərin 10 814 ədədi əhali tərəfindən, 69 ədədi dövlət müəssələri tərəfindən, 2 072 ədədi isə qeyri-dövlət müəssələri tərəfindən tikilərək istifadəyə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti