...

Sabah Lənkəranın bəzi ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

Cəmiyyət Materials 25 Avqust 2025 10:17 (UTC +04:00)
Sabah Lənkəranın bəzi ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Sabah Lənkəranın bəzi ərazilərində qaz olmayacaq.

Trend xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, Lənkəran rayonu ərazisində yerləşən daşıyıcı yeraltı orta təzyiqli qaz xəttinin kipliyinin sınaqdan keçirilməsi məqsədilə Rvo, Narbağı, Qurunba, Şağlaküçə, Bəlləbur, Kərgəlan, Lüvəsər, Darquba, Səbir, Talışlı, Ləj, Haftoni və Xanlıqlı kəndləri daxil olmaqla, ümumilikdə 13 yaşayış məntəqəsində yaşayan təxminən 5000 abonentin qaz təchizatının 26.08.2025-ci il tarixində saat 10:00-dan işlər sona çatanadək müvəqqəti dayandırılması planlaşdırılır.

"Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyinizi xahiş edirik",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti