...

Bosfor marafonunda rusiyalı üzgüçü itkin düşüb

İdman Materials 25 Avqust 2025 08:02 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə keçirilən “Bosfor 2025” üzgüçülük marafonu faciə ilə nəticələnib.

Trend xəbər verir ki, 29 yaşlı rusiyalı üzgüçü Nikolay Sveçnikov boğazı üzüb keçməyə çalışarkən itib.

O, yarışa ilk başlayanlardan biri olsa da, startdan təxminən 500-600 metr sonra gözdən itib.

6,5 kilometrlik məsafəni əhatə edən marafonda ümumilikdə 3000 nəfər iştirak edib. Lakin yalnız Sveçnikov finişə çata bilməyib.

Hazırda idmançının axtarışları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti