...

Azərbaycanla Almaniya arasında ticarət əməliyyatları 4,8%-dən çox artıb

İqtisadiyyat Materials 25 Avqust 2025 11:43 (UTC +04:00)
Azərbaycanla Almaniya arasında ticarət əməliyyatları 4,8%-dən çox artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Almaniya arasında ticarət əməliyyatlarının həcmi 888,6 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 40,4 milyon ABŞ dolları və ya 4,8% çoxdur.

Hesabat dövründə Almaniya ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 3,8%-i həcmində olub. Bununla da Almaniya Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 5-ci yerdə qərarlaşıb.

Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Almaniyaya 376,3 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,1 milyon ABŞ dolları və ya 1,3% azdır.

Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında Almaniyadan Azərbaycana 512,3 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 45,5 milyon ABŞ dolları və ya 9,7% artım deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28,8 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25% çoxdur.

Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın, 13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illik ifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.

Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti