...

Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilmə işlərinin 84%-i yekunlaşıb

İqtisadiyyat Materials 25 Avqust 2025 13:05 (UTC +04:00)
Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilmə işlərinin 84%-i yekunlaşıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilmə işlərinin 84%-i, tikinti-quraşdırma işlərinin isə 67%-i yekunlaşıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.

Bildirilib ki, İşğaldan azad olunmuş ərazilərdə dəmiryol infrastrukturunun bərpası istiqamətində işlər davam etdirilir. Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilmə işlərinin 84%-i, tikinti-quraşdırma işlərinin isə 67%-i yekunlaşıb. Hazırda xəttin 75-106 km hissəsində torpaq işləri və mühəndis qurğularının inşası aparılır.

Qeyd edilib ki, layihə çərçivəsində Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd stansiyalarının tikintisi nəzərdə tutulur. Bundan başqa, dəmir yolu xətti boyunca 40 körpünün, 26 avtomobil keçidinin, 4 tunelin, 3 qalereyanın, istinad divarlarının - ümumilikdə 553 mühəndis qurğusunun tikintisi həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti