Bakı.Trend:
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası sentyabrın 7-dən 15-dək İtaliyanın Viareccio şəhərində 2025 Avropa çempionatının (EBSL) final mərhələsində iştirak edəcək.
Trend AFFA-ya istinadən xəbər verir ki, B Liqasının A qrupunda yer alan millimizin Belçika və Litva ilə keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşib:
Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov
Oyunçular: Sahib Məmmədov, Amid Nəzərov, Comərd Baxşəliyev, Elşad
Manafov, Orxan Məmmədov, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran
Qürbətov, Bayram Bayramlı, Hüseynov Kamil
Millimizin oyunlarının təqvimi belədir:
11 sentyabr
16:00. Azərbaycan – Belçika
12 sentyabr
12:15. Litva – Azərbaycan
Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
Qeyd edək ki, final mərhələsində B Liqası hərəsində 3 komanda
olmaqla iki qrupdan ibarət təşkil olunacaq. Qruplarda ilk iki yeri
tutacaq komandalar sentyabrın 13-də yarımfinalda qarşılaşacaqlar.
Sentyabrın 14-də isə final və 3-cü yer uğrunda görüş
keçiriləcək.