Bakı. Trend:
Avqustun 26-da gözlənilən hava şəraiti açıqlanıb.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21 dərəcədən +25 dərəcəyədək, gündüz +29 dərəcədən +34 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə +20 dərəcədən +25 dərəcəyədək, gündüz +33 dərəcədən +38 dərəcəyədək, dağlarda gecə +15 dərəcədən +20 dərəcəyədək, gündüz +25 dərəcədən +30 dərəcəyədək olacaq.