Bakı. Trend:
29 avqust tarixində məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək.
Trend xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 5593 namizədin iştirakı planlaşdırılan müsabiqə 29 imtahan mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, namizəd şəxsi səhifəsində qeyd olunan tarix və
məkanda imtahanda iştirak etməlidir. Qeydiyyat prosesinə gecikən
namizədlər imtahan binasına buraxılmayacaq.
Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!