...

Jurnalistlər Laçında xidmət edən hərbi qulluqçuların məişət şəraiti ilə tanış olublar (FOTO/VİDEO)

Cəmiyyət Materials 25 Avqust 2025 15:13 (UTC +04:00)
Jurnalistlər Laçında xidmət edən hərbi qulluqçuların məişət şəraiti ilə tanış olublar (FOTO/VİDEO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Laçın rayonunda xidmət edən şəxsi heyətin döyüş hazırlığı və məişət şəraitləri ilə tanış olmaq üçün media-tur keçirilib.

Trend xəbər verir ki, səfərin məqsədi Laçın rayonunda yerləşən hərbi hissədə xidməti döyüş fəaliyyətinin təşkili, eləcə də. orada Azərbaycan Ordusunun hərbi qulluqçuları üçün yaradılan şəraitlə tanış olmaq olub.

Əvvəlcə media nümayəndələri əsgər yeməkxanasında olub. Yeməkxanada hərbi qulluqçular gündəlik təzə və yüksək kalorili qida, həmçinin, digər təminat növləri ilə tam təmin edilir. Daha sonra onlar hərbi hissənin müasir tələblərə cavab verən əsgər yataqxanasında da olublar. Burada da hərbi qulluqçuların məişət şəraitinin yaxşılaşdırması üçün lazımi işlər görülür.

Jurnalistlər daha sonra hərbi qulluqçuların təlim prosesinə və snayperlərin maskalanma prosesinə də şahidlik ediblər.

Media nümayəndələri hərbi hissədə yaradılan şəraitlə tanış olduqdan sonra hərbi qulluqçularla həmsöhbət olmaq imkanı da əldə ediblər.

Azərbaycan ordusunun hərbi qulluqçusu bildirib ki, azad olunan ərazilərimizdə xidmət etmək, vətənin keşiyində durmaq qürurvericidir:

“Hazırda xidmət etdiyimiz hərbi hissədə əsgər və zabitlər üçün bütün şərait yaradılıb. İstər təlimlər, istərsə də asudə vaxtlarımızın keçirilməsi üçün hər şey var. Ailələrimizlə görüşmək üçün də bizə şans yaradılır, ailə üzvlərimizlə görüşə bilirik. Mən artıq bir neçə ildir bu hərbi hissədə xidmət edirəm və bununla fəxr edirəm”.

Azərbaycan ordusunun digər bir hərbi qulluqçusu qeyd edib ki, həm torpaqlarımızın işğaldan azad edilməsində iştirak edib, həm də bu gün vətənin keşiyində qürurla dayanır:

“Baxmayaraq ki, torpaqlarımız cəmi bir neçə ildir işğaldan azad olunub, bu illər ərzində Ali Baş Komandan İlham Əliyevin göstərdiyi qayğı nəticəsində məişət şəraiti, qida təminatı və yolların qurulması yüksək səviyyədədir. Hərbi hissəmizdə bütün şəraitlər mövcuddur, çamaşırxanadan tutmuş yeməkxanaya qədər bütün şəraitimiz gözəldir. Qidalanma əla səviyyədədir, təlimlərimiz vaxtında keçirilir, hər şey qaydasındadır. Ailəli qulluqçularımız da mütəmadi olaraq ailələrinə baş çəkə bilirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti