Bakı.Trend:
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 692 yanğına çıxış, 48 halda köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Trend xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Qeyd edilib ki, ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 57 nəfər xilas edilib, 13 nəfər xəsarət alıb, 8 nəfər təxliyə olunub, 10 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.