...

Cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 25 Avqust 2025 14:34 (UTC +04:00)
Cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.əbər verir

Trend xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, məhkumla qısamüddətli görüşə gəlmiş qohumunun üzərinə baxış keçirilən zaman 2 ədəd sellofan bükülüdə çəkisi 8,212 qram heroin və 4,873 qram metamfetamin aşkar olunub.

Məlumatda bildirilib ki, faktla bağlı araşdırma aparılır.

“Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır”-məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti