...

Kitabxana müdiri vəzifələrinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başlayıb

Cəmiyyət Materials 25 Avqust 2025 14:37 (UTC +04:00)
Kitabxana müdiri vəzifələrinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başlayıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxana müdiri/kitabxanaçı, həmçinin, məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.

Trend xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.

Bildirilib ki, qeyd edilən vəzifələr üzrə müsabiqənin test imtahanı mərhələsində uğur qazanmış namizədlərə müsahibənin keçiriləcəyi məkan və vaxt barədə məlumat qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndərilib.

Müsahibə mərhələsində namizədlərin peşəkar keyfiyyətləri müvafiq komissiya tərəfindən yoxlanılır.

Müsahibənin nəticələri barədə namizədlərə qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti