...

Finlandiyada beynəlxalq xüsusi təyinatlı təlimləri başlayıb

Dünya xəbərləri Materials 25 Avqust 2025 07:14 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 25-də Finlandiyada Avropa və ABŞ qoşunlarının iştirakı ilə beynəlxalq xüsusi təyinatlı təlimlər start götürüb.

Trend xəbər verir ki, sentyabrın 12-dək davam edəcək təlimlərdə təxminən 1600 hərbçi iştirak edəcək.

Manevrlərin əsas məqsədi Şimali Avropa şəraitində NATO xüsusi təyinatlılarının birgə əməliyyat imkanlarını sınaqdan keçirməkdir.

Qeyd olunur ki, təlimlərə Avropa ölkələri və ABŞ silahlı qüvvələrinin NH90 nəqliyyat helikopterləri və F/A-18 Hornet qırıcıları da cəlb olunub.

Xəbər lenti

Xəbər lenti