...

Naxçıvan–Bakı–Naxçıvan istiqamətində avtobus reyslərinin sayı artırılıb

İqtisadiyyat Materials 25 Avqust 2025 11:29 (UTC +04:00)
Naxçıvan–Bakı–Naxçıvan istiqamətində avtobus reyslərinin sayı artırılıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi sərnişin sıxlığını nəzərə alaraq Naxçıvan–Bakı–Naxçıvan istiqamətində beynəlxalq sərnişindaşıma marşrutlarında reyslərin sayını artırıb.

Bu barədə Trend-ə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, bu addım vətəndaşların rahat və vaxtında daşınması, həmçinin artan tələbatın qarşılanması məqsədi daşıyır:

"Ətraflı məlumat və biletləri muxtar respublika ərazisində fəaliyyət göstərən avtovağzallardan və www.biletim.az platformasında əldə edə bilərsiniz".

Bildirilib ki, Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi sərnişinlərə göstərilən xidmətin keyfiyyətini daha da artırmaq, o cümlədən vətəndaşların ictimai nəqliyyatdan rahat və təhlükəsiz istifadəsi istiqamətində faliyyətini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti