Bakı. Trend:
Azərbayacnda bir sıra qazanxanaların yenidən qurulmasına başlanılır.
Trend-in məlumatına görə, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Belə ki, ASC 7 ədəd qazanxananın yenidən qurulması və modernləşdirilməsi ilə əlaqədar tikinti-quraşdırma, sınaq-sazlama işlərinə start verib.
Qurum sözügedən işlərin icrasını “İdeal TM” QSC-yə həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, QSC-yə 4,4 milyon manat ödənilib.
Işlərin həvalə olunduğu QSC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2010 manat olan şirkətin qanuni təmsilçisi Əliyev Əfqan Tapdıq oğludur.