...

SpaceX “Starship” buraxılışını texniki səbəblərə görə ləğv edib

Dünya xəbərləri Materials 25 Avqust 2025 06:57 (UTC +04:00)
SpaceX “Starship” buraxılışını texniki səbəblərə görə ləğv edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikanın “SpaceX” şirkəti avqustun 24-nə planlaşdırılan 10-cu sınaq uçuşunda “Starship” kosmik gəmisinin prototipi daşıyan daşıyıcı raketin buraxılışını texniki nasazlıqlar səbəbindən ləğv edib.

Trend xəbər verir ki, buraxılış Texasdakı Starbase kosmodromundan Şərq vaxtı ilə saat 19:30-da (Bakı vaxtı ilə 02:30) planlaşdırılmışdı.

“Biz yer sistemləri ilə bağlı problemləri həll etmək üçün vaxt vermək məqsədilə bugünkü Starship uçuşunu ləğv edirik”, – deyə şirkət X sosial şəbəkəsində bildirib.

Yeni buraxılış tarixi ilə bağlı hələlik məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti