...

Londonun Notting-Hill karnavalında ilk gündə 140 həbs

Dünya xəbərləri Materials 25 Avqust 2025 08:37 (UTC +04:00)
Londonun Notting-Hill karnavalında ilk gündə 140 həbs
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Notting-Hill karnavalının ilk günü 140 nəfər həbs olunub. Bu göstərici ötən illə müqayisədə 40% çoxdur.

Trend xəbər verir ki, məlumatı “Daily Mail” yayıb.

Qanun pozuntuları arasında polis əməkdaşlarına hücumlar, silah və narkotik vasitələrin saxlanması, həmçinin cinsi xarakterli cinayətlər yer alıb.

Polis idarəsinin açıqlamasında bildirilib:
“Biz insidentlərin sayında artım qeydə alırıq, lakin təhlükəsizliyi təmin etmək üçün bütün mümkün tədbirləri görməyə davam edəcəyik.”

Məlumata görə, həbs edilənlərdən 15 nəfər polis əməkdaşlarına hücumda ittiham olunur. Əlindən xəsarət alan bir zabit isə xəstəxanaya yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti