Bakı. Trend:
Fransanın Finister departamentində yanğınla mübarizə əməliyyatı zamanı “Morane 29” tipli helikopter qəzaya uğrayıb.
Trend xəbər verir ki, hadisə helikopterin su götürdüyü an baş verib – hava vasitəsi su səthinə toxunaraq gölə düşüb.
Xoşbəxtlikdən, helikopterdə olan pilot və yanğınsöndürən kabinədən sağ çıxaraq üzməklə sahilə çatıb.
Hazırda qəzanın səbəbləri araşdırılır.