Bakı. Trend:
Misli Premyer Liqasında II tura bu gün baş tutacaq bir oyunla yekun vurulacaq.
Trend xəbər verir ki, "Qəbələ" "Zirə"ni qəbul edəcək. Görüş saat 19:00-da başlayacaq.
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Sumqayıt" "Qarabağ"ı (1:0), "Karvan-Yevlax" "Kəpəz"i (3:2), "Sabah" "Şamaxı"nı (2:1), "Araz-Naxçıvan" isə "Turan"ı (1:2) məğlub edib. "İmişli" "Neftçi" (0:0) oyununda heç-heçə qeydə alınıb.