...

“Soyuqbulaq” KSES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

Energetika Materials 25 Avqust 2025 12:20 (UTC +04:00)
“Soyuqbulaq” KSES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

“Soyuqbulaq” kiçik su elektrik stansiyasında (KSES) indiyədək istehsal edilən elektrik enerjisinin həcmi məlum olub.

Trend Energetika Nazirliyinə istinadən xəbər verir ki, ümumi gücü 5,3 MVt olan və hər biri 2,65 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət basqılı derivasiya tipli “Soyuqbulaq” KSES-də istismara verildiyi tarixdən iyulun 1-dək 42 milyon kVt-st elektrik enerjisi istehsal edilib.

Xatırladaq ki, 2023-cü il avqustun 25-də Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “Soyuqbulaq” kiçik su elektrik stansiyası istismara verilib.

Qeyd edək ki, kiçik su elektrik stansiyalarında ekoloji cəhətdən təmiz "yaşıl enerji" istehsal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti