Bakı. Trend:
Çinin Haynan əyalətinin meteorologiya idarəsi “Kajiki” tropik qasırğasının təhlükə səviyyəsini aşağı salıb.
Trend xəbər verir ki, xəbərdarlıq birinci (ən yüksək) səviyyədən üçüncü səviyyəyə endirilib.
Qasırğa daha əvvəl məşhur turizm kurort şəhəri Sanyanın yerləşdiyi Haynan adasının cənub sahillərindən keçib. Hazırda isə o, əyalətdən uzaqlaşaraq Vyetnamın şimalına doğru hərəkət edir.
Məlumata görə, qasırğanın mərkəzinə yaxın ərazilərdə küləyin sürəti saniyədə 40 metrə çatır.
Xatırladaq ki, Çində dörd pilləli qasırğa xəbərdarlığı sistemi mövcuddur.