...

Qəbələdə fındıq bağında çətənə kolu yetişdirən şəxs həbs olunub

Hadisə Materials 25 Avqust 2025 09:24 (UTC +04:00)
Qəbələdə fındıq bağında çətənə kolu yetişdirən şəxs həbs olunub
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, tədbirlərlə 50 yaşlı Nəcəf Alxasov saxlanılıb. Ona məxsus fındıq bağında kultivasiya edərək yetişdirdiyi 107 ədəd çətənə bitkisi aşkar olunub. N.Alxasov çətənə kollarını satış məqsədilə əkdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti