Bakı. Trend:
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 172,7 min ton bentonit istehsal olunub.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 63,5 min ton və ya 58,2% çoxdur.
Cari ilin avqustun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 206,3 min ton təşkil edib.
Qeyd edək ki, Azərbaycanda 2025-ci ilin yanvar-aprel ayları ərzində mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 13,1 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7% azalıb.