...

"Mişni” və “Alxaslı" KSES-lərdə indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

Energetika Materials 25 Avqust 2025 10:49 (UTC +04:00)
"Mişni” və “Alxaslı" KSES-lərdə indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"Mişni” və “Alxaslı" KSES-lərdə indiyədək istehsal edilən elektrik enerjisinin həcmi məlum olub.

Trend Energetika Nazirliyinə istinadən xəbər verir ki, ümumi gücü 8,25 MVt olmaqla hər biri 4,125 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət basqılı derivasiya tipli “Mişni” KSES-də istismara verildiyi tarixdən 38,4 milyon kVt-st elektrik enerjisi istehsal edilib.

Eyni zamanda ümumi gücü 6,0 MVt olan, hər biri 3,0 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət basqılı derivasiya tipli “Alxaslı” KSES-də isə istismara verildiyi tarixdən iyulun 1-dək 25,6 milyon kVt-st elektrik enerjisi istehsal olunub.

Xatırladaq ki, 2023-cü il avqustun 25-də Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən “Mişni” və “Alxaslı” kiçik su elektrik stansiyaları istismara verilib.

Qeyd edək ki, kiçik su elektrik stansiyalarında "yaşıl enerji" istehsal edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti