...

Qəzzada ərzaq böhranı “fəlakətli” həddə çatıb - BMT

Dünya xəbərləri Materials 25 Avqust 2025 07:51 (UTC +04:00)
Qəzzada ərzaq böhranı “fəlakətli” həddə çatıb - BMT
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktoru Sindi Makkeyn Qəzza zolağındakı vəziyyəti “fəlakətli” adlandırıb.

Trend xəbər verir ki, o, bu barədə Yaponiyanın NHK telekanalına müsahibəsində danışıb.

"Vəziyyət fəlakətlidir. Orada çox ciddi qida çatışmazlığı var, insanlar aclıqdan ölür", – deyə Makkeyn bildirib.

Onun sözlərinə görə, ÜƏP Qəzzanın ehtiyac duyduğu ərzaqları təmin edə biləcək ən böyük və yeganə təşkilatdır, lakin humanitar səylər İsrailin hərbi əməliyyatları ilə əngəllənir.

Qeyd edək ki, martın 2-dən etibarən Qəzzaya beynəlxalq humanitar təşkilatlar və BMT agentliklərindən ərzaq yardımı dayandırılıb.

Xəbər lenti

Xəbər lenti