...

Azərbaycanda tikinti şüşəsinin istehsal həcmi artıb

İqtisadiyyat Materials 25 Avqust 2025 12:50 (UTC +04:00)
Azərbaycanda tikinti şüşəsinin istehsal həcmi artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 6,002 milyon kvadratmetr tikinti şüşəsi istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə tikinti şüşəsinin istehsal həcmi 2,4% və ya 142,2 min kvadratmetr artıb.

Cari ilin avqustun 1-nə hazır məhsul ehtiyatı 1,648 milyon kvadratmetr təşkil edib.

Qeyd edək ki, Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində 2025-сi ilin yanvar-iyul aylarında istehsalın ümumi dəyəri 782,9 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti