...

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunan neftin həcmi azalıb

Energetika Materials 25 Avqust 2025 17:37 (UTC +04:00)
Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunan neftin həcmi azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql olunan tranzit neftinin həcmi 13,924 milyon ton təşkil edib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 543,8 min ton və ya 3,7% azdır.

Belə ki, 2024-cü ilin ilk 6 ayında BTC ilə 14,5 milyon ton neft nəql edilmişdi.

Ümumilikdə, hesabat dövründə neft boru kəməri nəqliyyatı ilə cəmi yük daşımalarının həcmin 18,513 milyon ton olub. Bu isə bir il əvvəlki göstəriciyə nisbətən 725,6 min ton və yaxud 3,8% azalma deməkdir.

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ümumi uzunluğu 1768 km təşkil edir, 443 km Azərbaycan ərazisindən, 249 km Gürcüstan ərazisindən, 1076 km isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşası 2003-cü ilin aprel ayında başladılıb, 2005-ci il mayın 18-də boru kəmərinə neft yüklənib.

2002-ci ilin avqust ayında layihənin icrası üçün təsis edilmiş BTC Co. şirkətində pay bölgüsü aşağıdakı kimidir: bp (30,1 faiz), AzBTC (25 faiz), MOL (8,9 faiz), Equinor (8,71 faiz), ТРАО (6,53 faiz), Eni (5 faiz), Total (5 faiz), Itochu (3,4 faiz), Inpex (2,5 faiz), ExxonMobil (2,5 faiz) və ONGC (2,36 faiz).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti